On bir ayda bu qədər əczaçılıq məhsulları idxal edilib

15:29 - 22.12.2021


22 dekabr, Fineko/abc.az. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 477 milyon 149 min dollar dəyərində 19 min 901 ton əczaçılıq məhsulları idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 44% artıb, miqdar ifadəsində isə 3,6% azalıb.

2020-ci ilin 11 ayı ərzində Azərbaycana 331 milyon 175 min dollar dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal edilib.

 

Вся лента