“Fitch” Türkiyə banklarına dair gələn il üçün proqnozunu azaldıb

11:22 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq agentliyi Türkiyədə yüksək inflyasiya və lirənin zəifliyinə əsaslanaraq bu ölkənin banklarına dair 2022-ci il proqnozunu azaldıb.

Xəbər verilir ki, agentliyin açıqlamasında göstərilir:

“Türkiyədə çətin əməliyyat şəraiti, daxili etimadın azalması, lirənin zəifliyi pul kredit siyasətinin qeyri-müəyyənliyi və yüksək inflyasiya ilə birlikdə makroiqtisadi və maliyyə sabitliyi üçün təhlükə yaradır”.

Burada bank sisteminə dövlət müdaxiləsi ehtimalının artdığı da qeyd olunur.

Türkiyədə az qala bütün bankların reytinqi “B” – “B+” səviyyəsində dəyərləndirilir.

Qeyd edək ki, bu ayın əvvəlində “Fitch” Türkiyənin əcnəbi valyutada uzunmüddətli Emitent Defoltu Reytinqinə (Emitent Default Rating – EDR) dair proqnozunu da sabitdən “BB-“ səviyyəsinədək azaltmışdı. Faiz dərəcəsi bir neçə dəfə azaldıldıqdan sonra ölkədə inflyasiya səviyyəsi noyabr ayında ötən ilin müvafiq dövrünə nisbətən 21,3 faiz olub, lirənin dollara qarşı məzənnəsi isə yanvardakı 7,4 TL/USD-dən dekabrda 18,4 TL/USD-dək geriləyib.

©Report

Вся лента