Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - Foto

14:04 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu gün daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.

ABC.AZ-ın məlumatına görə, mənzillərin sənədləri 4 saylı DOST Mərkəzində təqdim edilib. 

Yeni mənzillə təmin edilən vətəndaşlar, o cümlədən Azərbaycanın Mili Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətova, Vətən müharibəsi əlili Taleh Aşurov dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə, digər həssas qruplara diqqət və qayğısından, bu kateqoriyalardan olan vətəndaşların sosial dəstəklə əhatə edilmələri, rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar.

 


Вся лента