Ötən ay kredit təşkilatlarında bu qədər depozit yerləşdirilib

16:51 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 26 milyard 791 milyon manat təşkil edib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 4 milyard 485 milyon manat azalıb.

Cari ilin noyabr ayında cəmi depozit və əmanətlərin 9 milyard 52 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 821 milyon manatı maliyyə təşkilatlarına, 15 milyard 918 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.

 

Вся лента