Ötən ay ev təsərrüfatlarına məxsus depozitlər artıb – Hesabat

17:19 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr ayında kredit təşkilatlarında illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard 144 milyon manat artıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə maliyyə təşkilatlarına məxsus depozitlər 109 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 3 milyard 450 milyon manat artıb.

Noyabr ayında cəmi depozit və əmanətlərin 13 milyard 662 milyon manatı və ya 51%-i xarici valyuta ilə yerləşdirilib.

 

Вся лента