“Akkord” Gürcüstanda 60 milyon dollarlıq iki yol inşa edəcək

13:11 - 24.04.2018


24 aprel, Fineko/abc.az. “Akkord Senaye Tikinti  İnvestisiya Korporasiyası” ASC Gürcüstanda iki tenderin qalibi olub.

Şirkətdə bildirildiyi kimi, layihələrin ümumi dəyəri 59,5 milyon dollar təşkil edir.

“Layihələrin sifarişçisi  Gürcüstanın Regional İnkişaf və  İnfrastruktur Nazirliyinin  Yol Departamentidir. Layihələrin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankı tərəfindən həyata keçirilir”,  - məlumatda belə deyilir.

Birinci layihə  Samtredia Qriqolote avtomobil yolunun bir hissəsinin 37 milyon dollar dəyərində tikintisini, ikinci layihə isə Moliti-Chumateleti Dziruli-Karaqauli-Moliti-Pona-Çumateleti  ikinci avtomobil yolunun Moliti-Çumateleti sahəsinin 22,5 milyon dollar dəyərində rekonstruksiyasını  nəzərdə tutur.

 

 

Вся лента