Bu Fond 5 milyard manatdan çox gəlir qazanıb

12:28 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Bu il Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox - 5,152 milyard manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur:

"O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir".

 

Вся лента