Gələn il orta aylıq əmək pensiyası bu qədər olacaq - Açıqlama

14:40 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, H.Məmişov qeyd edib ki, 2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edib.

Onun sözlərinə görə, 2022-ci il üzrə bu proqnoz 345 manatdır: "Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat olub.

2022-ci il üzrə bu proqnoz isə 375 manatdır. Əmək pensiyaların minimum məbləği bu il 200 manat olub".

 

Вся лента