Türkmənistandan alınan qaz hara nəql edilir? - SOCAR-dan açıqlama

12:03 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən bu müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir: “Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur”. İ.Əhmədov bildirib ki, gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq: “İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.

 

Вся лента