Neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılması gözlənilir - Mikayıl Cabbarov

15:52 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Hazırda Baş nazirin rəhbərli­yi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasın­da 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorun­da 5 % səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaqdır".

 

Вся лента