Yeni il öncəsi “Nargis” Fondu və Bank Respublika aztəminatlı ailələrə dəstək oldu!

10:58 - 6.01.2022


6 yanvar, Fineko/abc.az.  Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən “Nargis” Fondu, Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan “Bank Respublika”nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib.

Belə ki, aksiya çərçivəsində 50 aztəminatlı ailə və şəhid ailələri bir aylıq ərzaq məhsulları ilə təmin edilib.

Qeyd edək ki, yardım almış ailələrin əksəriyyəti Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı ailələr olmuşdur.

Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür. 

Вся лента