İlin ən yaxşı kompyuter oyunları - Siyahı

17:27 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. “Steam” istifadəçiləri ilin ən yaxşı kompyuter oyunlarını seçiblər.

ABC.AZ-ım məlumatına görə, sorğuda “İlin Oyunu” adına “Resident Evil Village” layiq görülüb.

Nominasiyada həmçinin “Valheim”, “New World”, “Cyberpunk 2077” və “Forza Horizon 5” qeyd olunub.

İlin ən yaxşı virtual reallıq oyunu isə “Cooking Simulator VR” seçilib.

“Sevimli Uşaq” nominasiyasında “Terraria”, “Dost oyunda tanınar”da “It Takes Two” mükafat qazanıb, “Ən yaxşı vizual stil”də “Forza Horizon 5” fərqlənib, “Ən innovative gameplay” isə “Deathloop” hesab olunub.

 

Вся лента