Alüminiumun qiymətləri kəskin bahalaşıb

16:02 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. Avropada alüminium istehsalının azalması qiymətlərin oktyabr ayından bəri ən yüksək səviyyəyə qalxmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, alüminium qiymətləri artarkən, Qazaxıstanda baş verən hadisələr qlobal tədarükü təhdid etdiyi üçün mis qiymətləri də yüksəlir.

London Metal Birjasında alüminiumun qiyməti 2% artaraq bir tonu üçün 2980 dollara yüksələrək, oktyabrın 21-dən bəri ən yüksək qiymətə çatıb.

Fransa və İspaniya kimi ölkələrdə enerji xərclərinin artması səbəbindən istehsal azalıb.

"Shanghai Dongwu Jiuying Investment Management" Avropada hasilatın azaldılması və enerji çatışmazlığının yaza qədər davam edə biləcəyini qeyd edib.

 

Вся лента