“Akkord”un törəmə şirkıtinin nizamnamə kapitalı azaldıldı, direktoru dəyişdi - Nə baş verir?

16:10 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. “Akkord” şirkətlər qrupunun törəmə şirkəti olan “Hydraulic Mechanisms Company”nin nizamnamə kapitalı geri çəkilib.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı şirkətin direktoru da dəyişib.

Belə ki, “Hydraulic Mechanisms Company” MMC-nin nizamnamə kapitalı 5 929 389 manatdan 5 425 751manata qədər azaldılıb. Bu da 504 manat, yaxud 8.4% azaldılma deməkdir.

Şirkətin Gürcüstandan olan vətəndaşı direktoru Cavad Talıbov vəzifəsindən azad edilib, onun yerinə Məşədi Verdiyev Mehrəli oğlu təyin edilib.

 

Вся лента