Neft bahalaşır, Brent bir barelə $81,27

09:30 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən hərracların yekunları üzrə azaldıqdan sonra çərşənbə axşamı artır.

Saat 9:20-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,40 (0,49%) barl başına $81,27 yüksəldi. Yanvarın 10 – da baş tutan ticarətin nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersinin qiyməti $0,88 (1,09%) – barrel başına $80,87-ə düşüb.

Saat 9: 20-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçers qiyməti $0,52 (0,66%) - barel başına $78,75 səviyyəsinə yüksəldi. Yanvarın 10 - da baş tutan ticarətin nəticələrinə görə WTI-nin mart fyuçersi $0,67 (0,85%) – barrel başına $78,23-ə düşüb.

 


Вся лента