Bakıdakı fərdi və bağ evləri ucuzlaşıb - Səbəbləri açıqlanıb

11:05 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

ABC.AZ xəbər verir ki, hər il və hər ay Bakıdakı evlərin qiyməti ilə bağlı heaabat açıqlayan "MBA Group" konsaltinq şirkətindən bildirilib ki, 2021-ci ilin dekabr ayında Paytaxtda fərdi yaşayış və bağ evlərinin qiymətində 3,03 faiz ucuzlaşma qeydə alınıb.

Dekabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 1667 manat, orta qiyməti olan evlərin dəyəri 968 manat, ucuz evlərin isə bir kvadratmetrinin qiyməti 401 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qış mövsümündə bu evlərə olan tələbatın azalması ilə əlaqələndirilir.

Müəllif: Elmir Murad

Вся лента