AZTV-nin ödədiyi mənfəət vergisi də azalıb – Hesabat

11:45 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1,819 milyon manat xalis zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, QSC-nin hesabatında 2020-ci ildə AzTV-nin 25 min manat mənfəət vergisi ödəydiyi, bunun da 2019-cu illə müqayisədə 3,7 dəfə az olduğu açıqlanıb.

2021-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24,187 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% azdır.

Hesabat dövründə qurumun öhdəlikləri 58,8% azalaraq 1,052 milyon manata, balans kapitalı isə 7,3% azalaraq 23,135 milyon manata düşüb.

 

Вся лента