SOCAR-da yeni təyinat

11:59 - 12.01.2022


12 yanvar, Fineko/abc.az. Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat həyata keçirilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Ağamməd İsgəndərov SOCAR-ın İnsan resursları departamentinin direktor müavini təyin edilib.

A.İsgəndərov 16 il yarımdır ki, SOCAR-da çalışır. 2005-ci ilin avqustundan 2013-cü ilin  fevralına qədər IT və kommunikasiya departamentində çalışmış, 2013-cü ilin fevralından 2020-ci ilin dekabrına qədər İşə qəbul və işə qəbul üzrə menecer, 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər isə İnvestisiyalar şöbəsinin baş meneceri vəzifəsində çalışıb.

Вся лента