İrəvandan İstanbula 77, Bakıdan isə 241 manata uçmaq olur - Aviabiletlərin müqayisəli qiyməti

16:11 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə hökuməti “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsinə icazə verib. Bəs görəsən uçuş qiymətlərinin bileti neçəyə olacaq?

ABC.AZ xəbər verir ki, İrəvandan İstanbula bileti 77 manata əldə etmək mümkün olacaq.

İndi isə gəlin Azərbaycandakı qiymətə baxaq.

Bakıdan İstanbula fevralın 2-ə ən ucuz bilet 241 manatdır.  Bakıdan İstanbula ən ucuz aviabilet təqdim edən “AnadoluJET” aviaşirkəti, İravandan İstanbula isə “FlyON” aviaşirkətidir.

AZAL-ın rəsmi səhifəsinənda isə müvafiq reys üzrə, öz təyyarəsi ilə isə bu tarixə 289.3 manat təşkil edəcək. Beləliklə hazırda Cənubi Qafqazda ən bahalı uçuşlar Azərbaycandadır.

Ölkəmizdəki aviabiletlər həm Ermənistandan, həm fə Gürcüstandakından bahadır.

Müəllif: Elmir Murad

Вся лента