“Silk Vey Holding” MMC-nin nizamnamə kapitalı yenə artırılıb

11:56 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. “Silk Vey Holding” MMC-nin (Silk Way Holding, SW Group) nizamnamə kapitalı bir qədər də artırılıb.

ABC.AZ xəbər verir ki, aviaşirkətin nizamnamə kapitalı 900 min manat, yaxud 14% artırılıb.

Beləliklə, holdinqin kapitalı  6 470 200 manatdan 7 370 200 manata çatdırılıb.

Şirkətin donanmasına “Boeing 747-400F”, “Boeing 747-8F”, “Ilyushin IL-76” və “Ilyushin IL-76TD-90” kimi təyyarələrə sahibdir.

 

Вся лента