Gürcüstanın Azərbaycana bu qədər borcu var - Böyük məbləğ

12:14 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. Gürcüstanın ümumi xarici dövlət borcu 8,2 milyard dollardan çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalıb.

Belə ki, Gürcüstanın aşağdakı ölkələrə olan borcu belədir:

- Türkiyə - 8,152 milyon ABŞ dolları;

- Rusiya - 28,616 milyon ABŞ dolları;

- Azərbaycan - 4,187 milyon ABŞ dolları.

- Ermənistan - 3,693 milyon ABŞ dolları;

Qeyd edək ki, ölkənin 8 milyard dollar olan ümumi xarici borcunun 7,7 milyard dolları hökumətin payına düşür.

Вся лента