Azərbaycandan xaricə gedənlər azalsa da, Türkiyəyə səfər edənlərin sayı artıb

14:13 - 21.01.2022


21 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycandan Türkiyəyə gedən vətəndaşlarımızın sayı 2020-ci illə müqayisədə 2,4 dəfə çox olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilə məlumata görə, ümumilikdə ötən il Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayında azalma müşahidə olunub.

Belə ki, xaricə gedənlər əvvəlki ilə nisbətən 16,3% azalaraq 974,5 min nəfər olub.

Buna baxmayaraq Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8% artıb.

 

Вся лента