“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq – Detallar

10:29 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.

 

Вся лента