Taksilərin duracaq yerlərində başqa avtomobillər dayandıqda cərimələnəcəklər

14:44 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dəyişiklikdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.

 

Вся лента