Bankomat və POS-terminalların sayı da artıb - Mərkəzi Bankdan hesabat

16:02 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank ötən il ölkədə bank kartlarının artdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11172 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7208 mln.manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 3927 mln. manatı POS-terminallar, 37 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.6%-ni təşkil edib.

Qeyd edilir ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.

Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POS-terminalların sayı 6.7% artıb.

 

Вся лента