Azərbaycanın bir ilə 1 milyon 914 min manat əməliyyat mənfəəti əldə edən Bankı - Hesabat

14:54 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Turanbank" ötən ilin maliyyə göstəriciləri ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Bankın əməliyyat mənfəəti 2020-ci ildə 1 milyon 101 min manat ikən, 2021-ci ildə 1 milyon 914 min manat təşkil edib. Bu isə 813 min manat artım deməkdir. Əməliyyat mənfəətinin artması gəlirlərin xərclərdən daha çox artması ilə əlaqədardır.

"Turanbank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 2021-ci ildə 1 milyon 78 min manat təşkil edib ki, bu da 2020-ci il ilə (246 min manat) müqayisədə 4,4 dəfə çoxdur.

Müəllif: Elmir Murad

Вся лента