Ən çox elektrik enerjisi istehsal edən stansiyalarımız - Siyahı

16:36 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirliyi ötən il elektrik enerjisi istehsalı, ixracı və idxalı ilə bağlı ümumi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1840,5 mln. kVt·st artaraq 26238,8 mln. kVt·st, SES-lərdə 207,9 mln. kVt·st artaraq 1277,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVt·st azalaraq 339,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 91,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

 

Вся лента