Azərbaycandakı hotellərin 88.8%-i boş qalır - Hesabat

14:19 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Dövlət Statistika Komitəsi Azərbaycanda fəaliyyət göstərən hotellərin 2021-ci il üçün göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Komitə Azərbaycanda hotellərin 88.8%-i boş qaldığını bildirib.

Hesabata əsasən, 2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11.2% səviyyəsində olub (88.8%-i boş olub).

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6.5% idi (93.5%-i boş).

Bu göstərici Şabranda 82.2%, Beyləqanda 25.5%, Qubada 22.2%, Naftalanda 21%, Lənkəranda 19.1%, Qəbələdə 16.2%, Bakıda 14.2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12.9%, Cəlilabadda 12.7%, Sabirabadda 12%, Şəmkirdə 11.7%, Şamaxıda 11.2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 

Вся лента