Tiflis-Moskva uçuşları başlandığı açıqlandı - Baş nazir isə təkzib etdi

15:53 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. “Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-də saat 10:00-da Tiflis-Moskva-Tiflis istiqaməti üzrə aviareys təyin edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət facebook səhifəsində məlumat yayıb.

“Gürcüstan Hava Yolları” şirkəti birbaşa reysin yalnız 28 yanvar tarixində olacağını, daha sonra davamlı reyslərin isə Tiflis-Yerevan-Moskva istiqamətində olacağını bildirib.

Baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze isə Rusiyaya birbaşa reyslərin rəsmi olaraq bərpa olunmadığını bildirib.

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb.

Вся лента