Məşhur iş adamı Hafka həbs edilib? - Açıqlama

14:05 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Bəzi KİV-lərdə Məşhur iş adamı, “Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində saxlanıldığı barədə məlumat yayılmışdı.

ABC.AZ xəbər verir ki, iş adamının saxlanmasına səbəb kimi onun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındığı iddia edilirdi.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilsə də iş adamı özü biraz əvvəl mətbuata açıqlama verərək qeyd edib ki, həbs edilməyib:

"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

 

Вся лента