Bu azərbaycanlı tələbə ildə 80 min dollar təqaüd alır

17:13 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olan, hazırda dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda təhsil alan Azərbaycan gənci - 18 yaşlı Abutalıb (Barış) Namazova sözügedən ali təhsil ocağı tərəfindən ildə 80 min dollar təqaüd ayrılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə A.Namazovun özü "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, oradakı mühit, tələbələrin can atdığı nəticələr, yaradıcılıq ruhu səni dəyişir, artıq sevinmək və qürrələnmək əvəzinə düşünürsən ki, fürsətdir, burada çox şey öyrənə bilərəm.

"Gördüklərimdən sonra anladım ki, həqiqətən də bura bir Toni Stark-ın (İron Man, Dəmir Adam) çıxacağı yerdir. Bizi həm də elə coşdururlar ki, dayanmadan çalışırıq və yorulmuruq. Hər kəs inanır ki, dünyanı yaxşıya dəyişmək üçün töhfə verə biləcək. Çox maraqlı dərslər, fərqli sosial və akademik imkanlar, dünyanın hər yerindən istedadlı adamlar, nəhəng alimlər var. Hər şey ədalətli və insan naminə qurulub. Nə gizlədim, özümü yerimdə və gözəl hiss etməyə başladım. Xüsusən də insanlığı və ədaləti hiss etmək çox gözəldir. Məsələn, mənə ildə 80 min dollar təqaüd ayrılır. Amma hər addımda təşəkkür edirlər, sağ ol ki, MIT-ı seçmisən".

Müəllif: Elmir Murad


Вся лента