Azərbaycanla İran arasında daha 2 sərhəd məntəqələri yaradıla bilər

12:05 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Azərbaycanla İran arasında daha iki sərhəd keçid məntəqəsinin yaradılması ilə əlaqədar müzakirələr aparılır.

ABC.AZ-ın məlumatıba görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, sərhəd keçidlərinin biri Parsabadda, ikincisinin isə Xudafərində olması planlaşdırılır.

"Bununla əlaqədar irəliləyiş olduğu halda ətraflı məlumat verəcəyik", - deyə səfir əlavə edib.

 

Вся лента