Prezident: Biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik

14:40 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə və texniki imkanlarımızı göstərir, həm də maliyyə müstəqilliyimizdən xəbər verir.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra Azərtac-a müsahibəsində bildirib.

“Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək ”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Вся лента