Dünya Bankı Qarabağın bərpası işlərində iştirak edə bilərmi?

15:48 - 16.02.2022


16 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB)  Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.

ABC.AZ-ın məlumatına görə, imzalanma mərasimindən sonra Dünya Bankının (DB) Azərbaycan nümayəndəliyinin rəhbəri Sara Maykl bəzi suallara cavab verib.

Jurnalistlərin Dünya Bankının Qarabağın bərpasında iştirak etməsi mümkündürmü sualına o belə cavab verib: "Dünya Bankının yaradılandan tam adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. Bu o deməkdir ki, bərpa və yenidənqurma Dünya Bankının öz kimliyini təşkil edir. Dünyanın müxtəlif yerlərində oxşar məsələlərdə Dünya Bankının böyük təcrübəsi var. Əgər Azərbaycan hökuməti də müraciət edərsə buz buna dəstək verməyə hazırıq".

Вся лента