“Bank Respublika”nın yeni istiqrazlarına 8 investor maraq göstərib

16:26 - 18.02.2022


18 fevral, Fineko/abc.az.  18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004002880 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən  ABC.AZ-a verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 991.04 (8.9995%) və 1000 (8.5%) manat olan 8 sifariş təqdim edilib.

İstiqrazların kəsmə qiyməti 1000 (8.5%) manat, orta ölçülmüş qiyməti 1000 (8.5%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 18.02.2024-cü ildir.

İstiqrazın illik faiz dərəcəsi 8.5 %, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödəniləcəkdir.

Yerləşdirmə üzrə anderrayter "Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Вся лента