DOST Agentliyində təyinat - Sədrə yeni müşavir gəldi

12:15 - 22.02.2022


22 fevral, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində yeni təyinat olub.

ABC.AZ banker.az-a istinadən xəbər verir ki, Nazilə Həşimzadə İdarə Heyəti sədrinin müşaviri təyin edilib. Bundan öncə isə sədrin müşaviri Ruslan Mirzəliyev idi.

Qeyd edək ki, N.Həşimzadə buna qədər DOST-un İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində çalşırdı. Hazırda DOST Agentliyinə Fərid Məmmədov sədrlik edir.

Вся лента