Rusiyalı milyarderlərin sərvəti bu il 32 milyard dollar azalıb

12:30 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Ukrayna-Rusiya böhranının kəskinləşməsi fonunda rusiyalı milyarderlərin sərvəti bu il 32 milyard dollar azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Ekspertlər hesab edirlər ki, Qərblə Rusiya arasında münasibətlərin daha da pisləşməsi daha böyük itkilərə səbəb ola bilər. Bildirilib ki, rusiyalı milyarderlər sırasında ən çox itki verən iş adamı Gennadi Timçenkodur. 2022-ci ildə 69 yaşlı biznesmenin sərvət üçdəbir azalıb.

1990-cı illərin əvvəllərində Rusiyanın gələcək prezidenti Vladimir Putinlə dost olan sovet zabitinin oğlu Timçenkonun bank hesablarında təxminən 16 milyard dollar var və sərvətinin əsas hissəsi Rusiyanın qaz hasilatı “Novatek” şirkətinin payından əldə olunub.

Bu şirkətin digər səhmdarı Leonid Mixelsonun sərvəti bu il 6,2 milyard dollar azalıb.

“Lukoyl”un İdarə Heyətinin sədri Vahid Ələkbərov da xeyli maliyyə itkisi verib.

Analitiklər onun eyni dövrdə təxminən 3,5 milyard dollar itirdiyini deyirlər. Enerji şirkətinin səhmləri təxminən 17 % ucuzlaşdığı vurğulanıb.

Вся лента