Agentlik işə dəvət edir - Sədr vətəndaşları qəbul edəcək

16:02 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Martın 2-si saat 11:00-da İmişli Rayonu Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ xəbər verir ki,  AQTA Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən vətəndaşları görüşə dəvət edir. Qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar işlə bağlı müraciət edə bilərlər.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq martın 1-dək qəbula yazıla bilərlər.

 

Вся лента