"Buta Airways" daha bir uçuşu ləğv etdi - Biletləri başqa tarixə dəyişəcəklər

11:18 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

"Buta Airways"dan ABC.AZ-a verilən məlumata görə, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

Вся лента