Zəngilanda “Smart DOST” xidmət məntəqəsi açılacaq - Bu il

11:13 - 1.03.2022


1 mart, Fineko/abc.az. İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi fəaliyyətə başlayacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq: “Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq”.

Вся лента