Dövlət rəsmiləri azad olunmuş ərazilərdə tikinti işlərinin gedişatını nəzərdən keçirəcək

11:46 - 1.03.2022


1 mart, Fineko/abc.az. Martın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin azad olunmuş ərazilərə səfəri başlayıb.

ABC.AZ-ın məlumatına görə, məqsəd müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.

Вся лента