Britaniya 7 rusiyalını "qara siyahı"ya salıb - Onların arasında Abramoviç də var

14:19 - 10.03.2022


10 mart, Fineko/abc.az. Böyük Britaniya martın 10-u Rusiyaya qarşı tətbiq edilən sanksiyaları genişləndirib və daha 7 rusiyalını “qara siyahı”ya salıb.

ABC.AZ TASSa istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sözügedən şəxslər “Rosneft” şirkətinin rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “VTB Bank”ın rəhbəri Andrey Kostin, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, sahibkar Oleq Deripaska (EN+ Group), “Rusiya” bankının Direktorlar Şurasının sədri Dmitri Lebedev və “Transneft” şirkətinin rəhbəri Nikolay Tokarevdir.

Bildirilir ki, həmin şəxslərin Böyük Britaniya ərazisinə girişi qadağan olunub və onların ölkədəki aktivləri dondurulacaq.

Onların, həmçinin britaniyalı fiziki və hüquqi şəxslərlə müqavilə həyata keçirməsi qadağan edilib.

 

Вся лента