Bu BOKT-un istiqrazları bazar seqmentində listinqə daxil edilib

11.03.2022,17:28


11 mart, Fineko/abc.az.  11 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlatın sayı 2000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14 %, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər aydır.