"Azərsu"-nun sədr müavini vətəndaş qəbulu keçirəcək

15:03 - 14.03.2022


14 mart, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ quruma istinadən xəbər verir ki,qəbul saat 11:00-dan başlayaraq rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyatı üzrə müraciətləri dinləniləcək və tədbirlər görüləcək.
Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Вся лента