İlham Əliyev iş adamı haqda Sərəncam verdi

11:54 - 15.03.2022


  15 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V. Məmişov “Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. Bu il onun 60 illik yubileyidir.

Вся лента