İnflyasiya ilə mübarizə prioritetimizdir - Əli Əaədov

12:16 - 15.03.2022


15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bəzi məsələlərə toxunub.

ABC.AZ-ın məlumatına görə, Ə.Əsədov antiinfilyasiya siyasətindən danışaraq qeyd edib ki, bu siyasət hazırda Azərbaycan hökumətinin mühüm fəaliyyət istiqamətlərindən biridir.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, ötən il dünyada ərzaq 23% bahalaşıb. Azərbaycanda da ərzağın qiyməti artıb. 2021-ci ildə ümumi infilyasiyanın 60%-i ərzaq inflyasiyasının payına düşüb”, - deyə o, qeyd edib.

Вся лента