Rusiya hökuməti ərzaq təminatı barədə bəyanat yaydı - Hər şey qaydasında

14:47 - 15.03.2022


15 mart, Fineko/abc.az. Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko ölkədə heç bir məhsulun tədarükü ilə bağlı problem olmadığını, Türkiyə də daxil olmaqla, xarici ölkələrdən müxtəlif məhsulların idxalını artırdıqlarını bildirib.

ABC.AZ-ın məlumatına görə, Abramçenko qeyd edib ki, gələcəyə hesablanmış alışlar edərək süni şəkildə tələbi artırmağa ehtiyac yoxdur.

"Qərb ölkələrinin sanksiyalarına görə Rusiya kənd təsərrüfatı sektoru təcrid olunmayacaq. Dünya təkcə ABŞ və Avropa Birliyindən ibarət deyil. Rusiya yeni bazarlara çıxarkən yeni təchizatçılarla müqavilələr bağlayır. Biz bazarı yenidən formalaşdıracağıq və sərfəli ticarət əlaqələri quracağıq, dost ölkələrlə tərəfdaşlıq şəbəkəsini genişləndirəcəyik”, - deyə baş nazirin müavini bildirib.

Müəllif: Elmir Murad

Вся лента