Daha 2 rayonda KOB dostları açıldı

16:48 - 15.03.2022


15 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib.

ABC.AZ xəbər verir ki, bununla yanaşı sözügrdən rayonlarda KOB dostları fəaliyyətə başlayıb. Bununla da Qarabağ iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb.

Hazırda KOB dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir.

Вся лента