Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır

13:47 - 7.05.2018


Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının tərəfdaşlarından biridir. Artıq bu il üçüncüsü keçirlən  Bakı Şopinq Festivalı may ayının 1-dən 31-ə kimi davam edəcək.

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), "ASAN Könüllüləri" Təşkilatı, Azərbaycan Dövlət İnformasiy Agentliyi və Azər Türk Bankdır.

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

 

Вся лента