Bu ölkə Rusiya qazını rublla almağa razılaşdı

10:02 - 4.04.2022


4 aprel, Fineko/abc.az. Bildiyiniz kimi ötən ay Rusiya Prezidenti Vladimir Putin “dost olmayan ölkələr”lə qaz müqavilələrinin rublla ödənişlərə keçirilməsi barədə göstəriş verib.

ABC.AZ-ın məlumatına görə, bu göstərişdən sonra bəzi ölkələr buna etiraz etsə də məcbur razılaşmağa başlayıblar.

Slovakiyanın İqtisadiyyat Nazirliyinin rəhbəri Riçard Sulik bildirib ki, ölkəyə qaz nəqlini dayandırmaq olmaz. Onun sözlərinə görə, Rusiya ödənişi rublla etməyi tələb etsə, o bu tələbi yerinə yetirməli olacaq.

Sulik xatırladıb ki, Slovakiya ehtiyac olduğu qazın təxminən 85%-ni Rusiyadan alır.

Müəllif: Elmir Murad

Вся лента